3D Secure texnologiyaları

3D Secure texnologiyaları
3D Secure – Verified by VISA və MasterCard SecureCode nədir?
3D Secure protokolu İnternetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumaq və bankların və şirkətlərin itkilərini azaltmaq məqsədi ilə VISA və MasterCard beynəlxalq ödəmə sistemləri tərəfindən hazırlanıb istifadəyə verilib.
Əslində hər şey çox sadədir:
• əməliyyat zamanı müştərinin ekranında şifrəni daxil etmək üçün xüsusi pəncərə açılır
• müştəri bank-emitentdən əldə etdiyi şifrəni daxil etməklə ödəməni “imzalayır”

3D Secure protokolu VISA ödəniş sistemində Verified by VISA, MasterCard sistemində MasterCard SecureCode adlanır.

Kart 3D Secure texnologiyalarını dəstəkləyir, lakin şifrənin eyniləşdirməsi uğurlu keçməyibsə, bu halda müştəri özünü eyniləşdirə bilmədiyi üçün heç bir əməliyyat keçirilmir.
Kart 3D Secure texnologiyalarını dəstəkləmirsə, Azərikard tərəfindən adi qaydada avtorizasiya sorğusu bank-emitentə göndərilir və heç bir şifrə daxil edilmədən və eyniləşdirmədən keçmədən müştərinin hesabından əməliyyat məbləği silinir. Qeyd etmək lazımdır ki, keçirilmiş əməliyyat üzrə müştəridən daxil olmuş hər hansı etiraza görə nə Azərikard, nə də ticarət müəssisəsi heç bir maliyyə riskləri və məsuliyyət daşımır. Bütün risklər və məsuliyyət bank-emitentin üzərinə düşür.
Plastik kartını 3D Secure xidmətinə qoşmaq üçün kart sahibi siyahısı bankomatdan əldə edilən birdəfəlik şifrələrdən (“İnternet Bankinq” şifrələri) və ya, “SMS Xəbərdarlıq” xidmətinə qoşulubsa, mobil telefonuna göndərilən birdəfəlik SMS şifrədən istifadə edərək www.azericard.com saytında qeydiyyatdan keçməlidir. Qeydiyyat vaxtı kart sahibi salamlaşma və xüsusi şifrə yaradır. Həmin şifrə ödəniş zamanı istifadə olunur.