Dəstək

Mütəmadi verilən suallar

Sualınız nə ilə bağlıdır?

Hazırda PIN kodu yalnız bankomat vasitəsi ilə dəyişmək mümkündür.

Bank kartınızın balansını Siz müstəqil şəkildə “Telefon Bankçılıq” (tel.: 194; 012 5984697), “MobilBank”, “İnternet Bankinq” və “SMS Xəbərdarlıq” xidmətləri vasitəsilə öyrənə bilərsiniz. Həmçinin, kartınızın balansını Azərikard Müştəri Xidmətləri Mərkəzinə (tel.: 194; 012 5984697) və ya bank-emitentə müraciət edərək öyrənə bilərsiniz.

Siz aşağıdakı iki üsuldan istifadə edərək www.azericard.com saytında qeydiyyatdan keçə və beləliklə 3D Secure xidmətinə qoşula bilərsiniz: bankomatdan əldə edilən birdəfəlik şifrələrin vasitəsilə mobil telefonunuza göndərilən birdəfəlik SMS şifrə ilə (yalnız “SMS Xəbərdarlıq” xidmətinə qoşulan kartlar üçün) 

Sistemə bir neçə üsulla qoşulmaq olar: qoşulmaq üçün kartın mövcudluğu, bankomatdan çap edilmiş birdəfəlik şifrələr və ya birdəfəlik SMS şifrə (yalnız “SMS Xəbərdarlıq” xidmətinə qoşulan kartlar üçün) tələb olunur.

Siz “SMS Xəbərdarlıq” xidmətinə “Telefon Bankçılıq” (tel.: 194; 012 5984697) xidməti və ya bankomat vasitəsi ilə qoşula bilərsiniz. Xidmətə həmçinin Azərikard Müştəri Xidmətləri Mərkəzinə (tel.: 194; 012 5984697) və ya banka  zəng edərək operatorun köməyilə qoşulmaq mümkündür.

Vəsaiti bir kartdan digərinə “MobilBank”, “İnternet Bankinq” və ya bankomat vasitəsi ilə köçürə bilərsiniz.

Əgər kartınız oğurlanıb və ya itirilibsə, Siz kartı özünüz “MobilBank”, “İnternet Bankinq” və ya ”Telefon Bankçılıq” (tel.: 194; 012 5984697) xidmətlərindən istifadə edərək dərhal bağlamalısınız. Kartı həmçinin Azərikard Müştəri Xidmətləri Mərkəzinə (tel.: 194; 012 5984697) və ya banka  zəng edərək operatorun köməyilə bağlamaq mümkündür.

Kartınızın bankomat tərəfindən saxlanılmasının iki səbəbi ola bilər: kartınız bank tərəfindən bloklaşdırılıbsa, bankomat tərəfindən Sizə “Bankın Əmri ilə Kart Saxlanılıb” yazısı ilə qəbz veriləcək kartınız bankomatda mövcud olan texniki nasazlığa görə saxlanıla bilər. Hər iki halda bank-emitent və ya Azərikard Müştəri Xidmətləri Mərkəzi ilə (tel.: 194; 012 5984697) əlaqə yaratmaq mütləqdir.

PIN kodu 3 dəfə yanlış daxil etmisinizsə, “Telefon Bankçılıq” xidmətindən istifadə edərək kartı blokdan çıxara bilərsiniz. Kartı həmçinin Azərikard Müştəri Xidmətləri Mərkəzinə (tel.: 194; 012 5984697) və ya bank-emitentə müraciət edərək blokdan azad etmək mümkündür.

Nağdlaşdırma əməliyyatı zamanı vəsait bankomat tərəfindən verilməyibsə və ya qismən verilibsə, bu halda Azərikard Müştəri Xidmətləri Mərkəzinə (tel.: 194; 012 5984697) və ya bank-emitentə müraciət etməyiniz tövsiyə olunur.

Siz bank kartından Azərbaycan Respublikasının ərazisində, eləcə də xarici ölkələrdə ticarət və xidmət şəbəkələrində, bankomatlarda və İnternet saytlarda istifadə edə bilərsiniz.

Aparılmış bütün əməliyyatlar üzrə çıxarışı “MobilBank” və “İnternet Bankinq” vasitəsi ilə və ya bank-emitentə müraciət edərək əldə edə bilərsiniz.