Təcrübə Proqramı

Azərikard-da yay təcrübə proqramı

Azərikard müxtəlif sahələrdə bakalavr və maqistr üzrə sonuncu kursda təhsil alan və təhsilini yeni başa vurmuş məzunlar üçün sayca ikinci yay təcrübə proqramı keçirdi. Bir aylıq müddətdə gənclər prosessinq mərkəzinin fəaliyyəti ilə tanış oldular, peşəkarların yanında  təcrübə keçdilər və bir sıra layihələrin həyata keçmələrində iştirak etdilər.
Təcrübə müddəti sonunda təcrübəçilər müvafiq sertifikatla təltif edildilər və müavinət aldılar.  
Təcrübə proqramı, tələbələr və məzunlar arasında geniş izlənilir. Artıq ikinci ildir ki, şirkət çoxsaylı müraciət ərizələri qəbul edir. Seçim və öyrənmə mərhələlərində namizədlər öz biliklərini yoxlamaq şansı əldə edir, ilkin təcrübə toplayır və əmin olurlar ki, prosessinq özlərini inkişaf etdirmək və karyeralarını qura bilmək üçün olduqca maraqlı sahədir.














Müraciət et