“Caspian Business Award 2023” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Caspian Business Award 2023” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

25 Dekabr 2023, 00:00

Dekabrın 20-də, Gülüstan sarayında “Caspian Business Award 2023” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-un üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.

 

“Azərikard” MMC bu tədbirdə “Tezödə” layihəsinin uğurlu tətbiqinə görə "İlin innovativ həlli" mükafatına layiq görülüb. Mükafat “Azərikard” MMC-nin Baş direktoru Fərid Quliyevə təqdim olunub. Fərid Quliyev çıxışı zamanı Azərikard-ın  ən son, təmassız, innovativ layihəsindən - “TezÖdə” (www.tezode.az) alətindən söz açıb. Hal-hazırda “Tezödə” istifadəçiləri heç bir mobil cihaz, kart, QR kod istifadə etmədən ödənişlərini nağdsız, sürətli və növbəsiz həyata keçirə bilirlər.

 

Azərikard şirkətinin missiyası innovativ ödəniş şirkəti olaraq müştərilərinə və tərəfdaşlarına sərhədsiz texnoloji imkanlar yaratmaqdır.

 

#Azericard #tezode #CaspianEnergyClub