“Azərikard” MMC-nin baş direktoru Fərid Quliyev “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasiminda iştirak edib.

“Azərikard” MMC-nin baş direktoru Fərid Quliyev “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasiminda iştirak edib.

28 Noyabr 2023, 00:00

25 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasimi keçirilib.

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş layihənin məqsədi gənc menecerləri Ümummilli liderin zəngin idarəçilik təcrübəsi ilə tanış etmək və onların kadr potensialının formalaşmasına dəstək olmaqdır.

“İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirəsində spiker kimi çıxış edən “Azərikard” MMC-nin baş direktoru Fərid Quliyev idarəetmədə real təcrübələr, rəqəmsal transformasiyaya keçid, strateji istiqamətlər və qarşıya qoyulan hədəflərin icra olunması haqqında fikirlərini bölüşüb.

Tədbirdə dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər. İki ay boyunca davam edəcək və 100 nəfəri əhatə edəcək “Peşəkar 100 il” idarəçilik marafonunda iştirakçılara müxtəlif istiqamətlərdə idarəçilik təlimləri və ustad dərsləri təşkil olunacaq.