1-2 noyabr tarixlərində  VII Beynəlxalq Bankçılıq Forumu (“IBF-2023”) keçirilmişdir.  

1-2 noyabr tarixlərində VII Beynəlxalq Bankçılıq Forumu (“IBF-2023”) keçirilmişdir.  

02 Noyabr 2023, 00:00

1-2 noyabr tarixlərində  VII Beynəlxalq Bankçılıq Forumu (“IBF-2023”) keçirilmişdir.  

Aidiyyatlı dövlət qurumları, özəl sektorun nümayəndələri və həmçinin xarici qonaqların iştirak etdiyi forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” idi. 

 

Forumun məqsədi qlobal miqyasda bank-maliyyə sektorunda rəqəmsallaşma proseslərinin, innovativ maliyyə texnologiyalarının tətbiqi trendlərinin, bu trendlərin maliyyə inklüzivliyinin artırılmasında rolunun, həmçinin iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı çağırışların və təşəbbüslərin müzakirə edilməsi idi.

 

"Azərikard" MMC şirkətinin Baş direktoru Fərid Quliyev çıxışı zamanı Azərikard-ın fəaliyyət istiqamətlərindən biri olan “Yeni texnoloji həllər” konsepsiyasının ən son, təmassız, innovativ layihəsindən - “TezÖdə” (www.tezode.az) alətindən söz açmışdır. Hal-hazırda “Tezödə” istifadəçiləri heç bir mobil cihaz, kart, QR kod istifadə etmədən ödənişlərini nağdsız, sürətli və növbəsiz həyata keçirə bilirlər. 

 

2 gün davam edən tədbirin sonunda "Azərikard" MMC mükafatla təltif edilmişdir.

 

#Azericard #TezÖdə #VIIInternationalBankingForum