
tezödə - az ödə!
26 Dekabr 2022, 00:00
tezödə - Az ödə. Üstəlik nağdsız, növbəsiz, QR-sız.
"Azərikard" MMC bütün “ASAN xidmət” mərkəzlərində “tezödə” platformasının tətbiqinə başladı.
Vətəndaşlar bir dəfə qeydiyyatdan keçməklə bütün "ASAN xidmət" mərkəzlərində aşağıdakı xidmətlər zamanı "tezödə" ilə ödənişlərini NÖVBƏSİZ və KOMİSSİYASIZ həyata keçirə biləcəklər:
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Tezliklə “ASAN xidmət” mərkəzlərində digər xidmətlər üzrə müvafiq imkandan yararlanmaq mümkün olacaq. Beləliklə, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, ödənişlərini də rahatlıqla icra edə biləcəklər.