"Azərikard" MMC "FINTECH 2022" sammitində mükafata layiq görüldü.

"Azərikard" MMC "FINTECH 2022" sammitində mükafata layiq görüldü.

20 İyun 2022, 00:00

16-17 iyun tarixlərində “Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Fintech Assosiasiyası” və “VİSA” tərəfindən “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər, İnnovativ Həllər, FinTech və Təhlükəsizlik” mövzusunda sammit təşkil edilmişdir.

Sammit yeni xidmətlərin və məhsulların, innovasiyaların hüquqi çərçivəyə salınması sahəsindəki qabaqcıl təcrübələrin, eləcə də bütün bu proseslərin maliyyə dayanıqlılığının və maliyyə inkluzivliyinin gücləndirilməsinə və müştəri məmnunluğuna göstərdiyi təsirin öyrənilməsinə imkan yaradıb.

Tədbirdə bir çox yerli və xarici maliyyə qurumlarının nümayəndələri və rəhbər şəxsləri iştirak edərək maliyyə və bank sektorunda baş verən ən son innovativ həllər, maliyyə texnologiyaları, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar və digər mühüm mövzulara toxunaraq fikir mübadiləsi aparıblar. 

"Azərikard" MMC şirkətinin nümayəndəsi Biznesin İnkişafı Departamentinin Direktoru Cahangir Məmmədov "Rəqəmsal ödəniş sistemlərinin tətbiqi və genişləndirilməsi" mövzusunda çıxış etmişdir.

2 gün davam edən tədbirin sonunda "Azərikard" MMC mükafatla təltif edilmişdir.