Caspian Energy Club "Caspian Business Award 2021" mükafatının təqdimetmə mərasimini təşkil edib.

Caspian Energy Club "Caspian Business Award 2021" mükafatının təqdimetmə mərasimini təşkil edib.

18 Dekabr 2021, 00:00

Dekabrın 17-də “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-ın üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.
“Azərikard” MMC Apple Pay-in Azərbaycanda tətbiqinə verdiyi xüsusi töhfəyə görə bu tədbirdə “Qabaqcıl ödəniş vasitələrinin tətbiqi” nominasiyasına layiq görülüb. Mükafat “Azərikard” MMC-nin baş direktoru Fərid Quliyevə təqdim olunub.
Azərikard şirkətinin əsas fəaliyyəti kart texnologiyaları və ödəniş sistemləri sahəsində əməliyyatların işlənməsi və bu sahələrdə ən son yeniliklərin tətbiq edilməsidir.