
ABB-dən ödənişləri asanlaşdıran daha bir yenilik!
06 Avqust 2021, 00:00
Artıq müştərilər öz Garmin saatlarını ABB-ə məxsus Visa kartı ilə əlaqələndirdikdən sonra kassada saatı POS terminala sadəcə yaxınlaşdırmaqla ödənişlərini ani və təmassız şəkildə apara biləcəklər.
Garmin Pay-i aktivləşdirmək üçün müştəri mobil telefonunda Garmin saatına aid tətbiqə daxil olur.
- Saat tənzimləmələri hissəsində Garmin Pay seçilir;
- ABB-dən olan Visa kartı bura daxil edilərək qeydiyyat tamamlanır;
- Saatdakı cüzdana keçid edərək şifrəni daxil etməklə kart seçilir;
Cəmi bir neçə dəqiqə çəkən bu prosedurlardan sonra Garmin saatı təmassız ödənişlər üçün hazırdır.
Garmin Pay ilə ödənişləriniz təmassız olsun!