Azərikard, Visa, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmir yolu xətlərində təmassız ödənişləri genişləndirir

Azərikard, Visa, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmir yolu xətlərində təmassız ödənişləri genişləndirir

07 İyun 2021, 00:00

Azərbaycanda ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişinə başlanılıb. Layihənin icrası üçün “Azərikard” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Visa” şirkəti, Mərkəzi Bank və Azərbaycan Beynəlxalq Bankı öz səylərini birləşdiriblər.

Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb. Sərnişinlər bütün stansiyalarda ölkənin istənilən bankı tərəfindən buraxılmış kartlarla gediş haqlarını rahat və təhlükəsiz ödəyə bilərlər. Azərbaycan Dəmir Yollarında təmassız ödəniş sisteminin qurulması həm elektron ödənişlərin qəbulu, həm də ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu addım istehlakçıların rahatlığını təmin etməklə yanaşı, onların vaxtına da xeyli qənaət edəcək.

Müasir texnologiyaların və innovativ həllərin tətbiqi “Azərikard”-ın fəaliyyətində prioritet istiqamətlərdən olaraq qalmaqdadır.