“Azərikard” FİNTEX SAMMIT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirində iştirak etdi.

“Azərikard” FİNTEX SAMMIT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirində iştirak etdi.

29 Yanvar 2021, 00:00

2 gün davam edən tədbir sektorun qabaqcıl təmsilçisi olan 100 şirkətin iştirakı ilə baş tutdu, 60 məruzəçi və 10 paneldən ibarət idi. Panellərdə maliyyə xidmətlərində gələcək risklər, ödəniş ekosistemi: dəyişən vərdişlər, kibertəhlükəsizlik, blokçeyn və rəqəmsal aktivlər və s. kimi mövzular müzakirə edildi.

 

Azərikard virtual stenddə yeni rəqəmsal mobil əlavəsinin imkanlarını nümayiş etdirdi.

“Mobil tətbiqdə bütün bankların xidmətləri əlçatan olacaq. Yeni mobil tətbiqin təqdim etdiyi imkanlar müştərilər üçün əməliyyatların daha rahat və sürətli aparılmasını təmin edəcək” – deyə Fərid Quliyev bildirdi. Mobil tətbiq “VİSA” beynəlxalq ödəniş sistemi ilə birlikdə hazırlanır.

 

Azərbaycanın ilk prosessinq mərkəzi olan Azərikard 25 ildir ki, müştərilərin xidmətindədir. Hazırda mərkəz 15 yerli və 2 xarici banka xidmət göstərir.