Azərikard VİSA auditindən uğurla keçdi.

Azərikard VİSA auditindən uğurla keçdi.

06 Noyabr 2020, 00:00

Hər il olduğu kimi bu il də Azərikard VİSA auditindən uğurla keçərək, ödəniş kartlarının məlumat təhlükəsizliyinə dair dünya standartlarına uyğunluq sertifikatı, PCI DSS əldə edib.
PCI DSS sertifikatı Azərikard-ın kartlardan istifadə etməklə keçirilən əməliyyatlar barədə məxfi məlumat təhlükəsizliyini təmin edən informasiya strukturunun müdafiə standartlarına uyğunluğunu təsdiq edir.
PCI DSS tələblərinə görə, bank ödəniş kartı sahiblərinə məxsus məlumatların saxlanılması, emal edilməsi və ötürülməsi üzrə tam təhlükəsizliyə riayət edir. Bu günkü gündə konfidensial məlumatların qorunması üzrə bu cür hərtərəfli yanaşmanın nümayiş etdirilməsi təşkilatları kart sahəsində törədilən cinayətlərdən qorumağın ən səmərəli vasitəsi hesab edilir.
PCI DSS sertifikatının əldə edilməsi onu göstərir ki, tərəfimizdən mühüm məlumatların qorunması istiqamətində həyata keçirilən tədbir və proseslər ən yüksək dünya standartlarına cavab verir və Azərikard istifadəçiləri ödəniş xidməti təhlükəsizlik sisteminin stabil işinə əmin ola bilər.