
DİQQƏT!
14 Oktyabr 2020, 00:00
Azərikard adından bank kart istifadəçilərinə saxta "Azərikart" adı altında "köçürülmə/hesabdan silinmə" ilə bağlı aldadıcı sms-lər göndərilir.
Bu sms-lərin Azərikard şirkəti ilə bağlılığı yoxdur və yalnış informasiya daşıyır. ❕
Vətəndaşları bu kimi sms-lərə, bilinməyən nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq.
Bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və ya Azərikard-ın müştəri xidmətlərinə -194 nömrəsinə müraciət edin.