KOTİROVKA ELANI. İT avadanlıqlarının sığortalanması xidmətinin kotirovka sorğusu
04 İyun 2021, 00:00
“Azərikard” MMC İT avadanlıqlarının sığortalanması xidmətinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8184) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 10.06.2021-ci il, saat 18:00-a qədər Tender@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin açılma tarixi 11.06.2021-ci il, saat 15:00 təyin edilmişdir.
Hörmətlə,
Tender Komissiyası