KOTİROVKA ELANI. Pilləkən boşluğunun təmir və boyanma xidmətinin kotirovka sorğusu.

27 May 2021, 00:00

“Azərikard” MMC üçün inzibati binasının pilləkən boşluğunun təmir və boyanma xidmətinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. Eyni zamanda təklif təqdim etməzdən öncə 0125052151 (daxili 8081) nömrəsi ilə əlaqə saxlayıb, inzibati sahəyə baxış keçirmək mümkündür.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 07.06.2021-ci il, saat 18:00-a qədər [email protected] elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin açılma tarixi  08.06.2021-ci il, saat 15:00 ZOOM proqramı vasitəsi ilə online iclasda açılacaqdır.

Hörmətlə,

Tender komissiyası