KOTİROVKA ELANI. Havalandırma sisteminin quraşdırılması xidməti.

12 Noyabr 2020, 00:00

“Azərikard” MMC Havalandırma sisteminin quraşdırılması xidmətinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
Maraqlı təşkilatlar əlavə sulları olarsa, 0125052151 (daxili 8057) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda təklif təqdim etməzdən öncə inzibati sahəyə mümkündür.
Təklif hazırlanarkən şağıdakı tələblər nəzərə alınmalıdır:
• Havalandırma sistemi iki hissəli olmalıdır. Ofisin havasını bayıra, təmiz havanı isə ofisə vurmaq.
• Aqreqat ofisin içərisində quraşdırılmalı.
• Aqreqat səs önləyici örtüklə təmin edilməlidir.
• Aqreqat qızdırıcıya malik olmalıdır.
• Hava boruları kvadrat, sinklənmiş dəmirdən olmalıdır.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 19.11.2020-ci il, saat 18:00-a qədər TenderKomissiyasi@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Təkliflərin açılma tarixi 20.11.2020-ci il, saat 15:00 təyin edilmişdir.
Hörmətlə,
Tender Komissiyası