Kotirovka elanı! Penetration test.

26 Aprel 2024, 00:00

 

“Azərikard” MMC üçün “PCİ DSS və PCİ 3DS” standartları üzrə “penetration” 1 illik test xidmətinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Adı

Müddət

PCİ DSS və PCİ 3DS  standartları üzrə “penetration” test xidməti

1 il

 

Qeyd: Təslimat müddəti qeyd olunmalıdır.

 

İddiaçılar Texniki şərtləri [email protected] ünvanından əldə edə bilərlər.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. 

Texniki suallarla bağlı, 0125052151 (daxili 8183) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected] elektron ünvanına iclas zamanı göndərilməlidir.

  Təkliflərin açılma tarixi –03.05.2024-cü il saat 11:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 02.05.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Satınalma Komissiyası!