Kotirovka elanı! Mebel.

08 Aprel 2024, 00:00

KOTİROVKA ELANI

 

“Azərikard” MMC mebelin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

Mebel, pəncərə pərdələri və dizayna uyğun bəzək əşyaları

 

İddiaçılar Texniki şərtləri [email protected]   ünvanından əldə edə bilərlər.

 

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:

Tərəflərin razılığı ilə

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected] elektron ünvanına iclas zamanı göndərilməlidir.

  Təkliflərin açılma tarixi –19.04.2024-cü il saat 15:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 18.04.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

 

Hörmətlə,

 

Satınalma Komissiyası