Kotirovka sorğusu! Lisenziyanın alınması üçün konsaltinq xidməti.

14 Mart 2024, 00:00

“Azərikard” MMC üçün aşağıdakı xidməti kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

1.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən yeni lisenziyaların alınması üçün konsaltinq xidməti

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. 

Tələblər:

- Banklara, prosessinq mərkəzlərinə və finteklərlə konsaltinq sahəsində əməkdaşlıq və təcrübəsinə malik olmalı, Mərkəzi Bankın tələbləri ilə yaxından tanış olmalıdır;

- Mərkəzi Bank, beynəlxalq ödəniş sistemləri və digər ödəniş xidmətləri inzibatçılarından lizenziyaların alınması təcrübəsi, lizenziyaların alınmasıyla bağlı konsaltinq təcrübəsi malik olmalıdır;

- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respuplikasının qanunu, habelə bu qanunun göstərişi ilə Mərkəzi Bank tərəfindən qəbul edilmiş qaydlarına əsasən tələbləri formalaşdırılımalıdır;

- Şirkətin sözügedən tələbləri qarşlaması ilə bağlı mövcud vəziyyəti təyin və təhlil etməlidir;

- Tələblərin tam qarşılanması üçün görülməli olan işləri təyin etməlidir;

- Ehtiyac yarandığı təqdirdə tələb olunan siyasət, prosedur və qayda sənədlərinin hazırlanmasında həmçinin mövcud sənədlərin təhlil edilməsində və təkmilləşdirilməsində dəstək olmalıdır.

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:

Tərəflərin razılığı ilə

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

 

Təkliflərin açılma tarixi –19.03.2024-cü il saat 12:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 18.03.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Satınalma Komissiyası