Kotirovka elanı.Observe İT lisenziyaların uzadılması.
13 Fevral 2024, 00:00
KOTİROVKA ELANI
“Azərikard” MMC üçün aşağıdakı məhsulu kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
№ |
Predmet |
1. |
“UBA Observe İT” məhsulu üzrə lisenziyaların uzadılması xidməti |
QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8184) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Texniki suallarla bağlı, 0125052151 (daxili 8097) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır:
Tərəflərin razılığı ilə
Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.
Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə və [email protected] elektron ünvanına iclas zamanı göndərilməlidir.
Təkliflərin açılma tarixi –26.02.2024-cü il saat 15:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 23.02.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.
Hörmətlə,
Satınalma Komissiyası