Kotirovka elanı! Ofis və təsərrüfat malları.

02 Fevral 2024, 00:00

KOTİROVKA ELANI

“Azərikard” MMC Ofis və təsərrüfat mallarının kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

LOT 1

Ofis dəftərxana malları

LOT 2

Təsərrüfat malları

 

QEYD: Çatdırılma müddəti mütləq qeyd olunmalıdır.

  1. Təqdim edilən məhsulların ən azı 1 il istifadə müddəti olmalı.
  2. Gigiyenik məhsulların uyğunluq sertifikatı olmalı.
  3. İnzibati binaya çatdırılma və zirzəmiyə daşınma işlərinin həyata keçirilməsi.

 

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. 

İddiaçılar Texniki şərtləri [email protected]   ünvanından əldə edə bilərlər.

Qiymət təklifləri hər iki lot üzrə birgə (lotlara bölərək) və ya ayrılıqda təqdim oluna bilər.

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:

Tərəflərin razılığı ilə

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

 

Təkliflərin açılma tarixi –15.02.2024-cü il saat 15:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 14.02.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Tender Komissiyası