Kotirovka sorğusu! Kovrolin.

18 Dekabr 2023, 00:00

KOTİROVKA ELANI

   “Azərikard” MMC üçün aşağıdakı xidmətlərinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

 

Döşəməni kovrolin üzlüklə üzlənməsi

 

Otaqların ölçüsü

1

3 m x 3.35 m

2

5 m x 8.8. m

3

5 m x 6 m

 

QEYD: İşlərin təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

  1. Qiymət təklifi təqdim etməzdən öncə iddiaçılardan seçim üçün kovrolinin nümunə kataloqun təqdim edilməsi zəruridir (qiymət göstərməmək şərti ilə).
  2. Qiymət təklifi seçilmiş məhsullar üçün təqdim edilməlidir.
  3. Məhsulların və döşəmənin üzlənməsi xidmətinin qiymətləri təklifdə ayrı-ayrılıqda göstərliməlidir.

Eyni zamanda təklif təqdim etməzdən öncə 0125052151 (daxili 8081) nömrəsi ilə əlaqə saxlayıb, inzibati sahəyə baxış keçirmək mümkündür.

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:

Tərəflərin razılığı ilə

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

Təkliflərin açılma tarixi –25.12.2023-cü il saat 15:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 25.12.2023-cü il, saat 11:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası