Kotirovka sorğusu! Ağıllı lövhə.

14 Dekabr 2023, 00:00

“Azərikard” MMC üçün aşağıdakı avadanlıqları kotirovka sorğusu  ilə satın alınması məqsədi ilə elan edir.

Adı

Say

1

Ağıllı lövhə IQ Touch TB1100PRO LE086MD  LE086MD TB1100PRO V2.0-N

1

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

Təkliflərin açılma tarixi –21.12.2023-cü il saat 16:15-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 20.12.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası