Kotirovka elanı! İT avadanlıqlar (Macbook).
20 Sentyabr 2023, 00:00
KOTİROVKA ELANI
“Azərikard” MMC üçün aşağıdakı avadanlıqları kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
Adı |
Say (əd) |
MacBook Pro MPHE3RU/A, 14.2" display, Apple M2 Pro (10C CPU/16C GPU), 16 GB RAM, 512 GB SSD, Boz kosmos*, ru/eng keyboard*, Europlug |
3 |
QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8184) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.
Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.
Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə və Tender@azericard.com elektron ünvanına iclas zamanı göndərilməlidir.
Təkliflərin açılma tarixi –27.09.2023-cü il saat 15:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 26.09.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.
Hörmətlə,
Tender Komissiyası