Kotirovka elanı: Vergi uçotunun qurulması üçün məsləhət xidməti
19 İyul 2023, 00:00
Azərikard MMC aşağıda adları qeyd edilən xidmətin satın alınması məqsədi ilə tender elan edir:
№ |
Xidmətin adı |
1 |
Vergi uçotunun qurulması üçün məsləhət xidməti |
Qeyd 1: İddiaçı şirkətə tələblər:
- Azərbaycan Respublikasında minimum 5 il fəaliyyət göstərməlidir;
- “Böyük dördlük” şirkətlərinə daxil olan audit şirkətləri;
- Texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxslərə vergi uçotunun hazırlanmasında təcrübəli olmalıdır;
- İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Yüksək Texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə sıx tərəfdaşlığı olmalıdır
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8073) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Texniki tələblərin əldə olunması üçün narmina.rahimova@azericard.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 26.07.2023-cü il, saat 18:00-a qədər Tender@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Təkliflərin açılma tarixi 27.07.2023-cü il, 16:00-a təyin edilmişdir (Zoom vasitəsilə)..
Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 26.07.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.
Hörmətlə,
Tender Komissiyası