Kotirovka elanı! Server.

25 İyun 2023, 00:00

   “Azərikard” MMC üçün aşağıdakı avadanlıqları kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

Say (əd)

1 x Intel Xeon Processor 10 core min 2.7 GHz max 4 GHz ;

1 x 32GB RDIMM DDR5-4800;

1 x Dual-port 1/10G-Base-T

2 x min. 300GB SSD M2 OS Boot Device with Hardware RAID1;

2 x Power Supply;

Rack mount kit & Rails;

Network Management interface and Enterprise Licenses;

Option1: HW Support for 3 years 5x9;

Option2: HW Support for 3 years 24x7;

1

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 10.07.2023-cü il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  11.07.2023-cü il, saat 15:00 təyin edilmişdir (Zoom vasitəsilə).

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 10.07.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası