Kotirovka elanı! Notbuklar.

21 İyun 2023, 00:00

   “Azərikard” MMC üçün aşağıdakı avadanlıqları kotirovka sorğusu  ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

Say (əd)

Notbuk Core i716GB RAM 512 GB SSD+,14’’ display ru/eng keyboard 

8

Notbuk Core i7 32GB RAM 512 GB SSD+, 14’’ display ru/eng keyboard

1

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Əlavə tələblər barədə qeyd:

  • Yalnız professional istifadə üçün nəzərdə tutulmuş notbuklar olmalı. (not for home usage)
  • HP Elitebook (Model year 2022+) / ProBook minimum gen 9 | Lenovo ThinkPad T14 (Model year 2022+)/ ThinkPad T15 (Model year 2022+) | Dell XPS/Latitude 5520/5521/5530/5531/7520/7530 (Model year 2022+)
  • Əvvəlcədən quraşdırılmamış əməliyyat sistemi (No pre-installed Operating System)

 

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 03.07.2023-cü il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  04.07.2023-cü il, saat 16:00 təyin edilmişdir (Zoom vasitəsilə).

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 03.07.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası