Kotirovka elanı! Poçt xidməti.

26 Aprel 2023, 00:00

KOTİROVKA ELANI

“Azərikard” MMC üçün aşağıdakı xidmətinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

1.

Ölkəxarici çatdırılması (poçt) xidməti

 

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. 

 

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 03.05.2023-cü il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  04.05.2023-cü il, saat 16:00 təyin edilmişdir. (Zoom vasitəsilə)

Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 03.05.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Tender Komissiyası