Kotirovka elanı! Perforasiyalı kağız.
25 Aprel 2023, 00:00
KOTİROVKA ELANI
“Azərikard” MMC aşağıdakı mallarını kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
Adı
|
Markası
|
Say |
Kağız perforasiyalı
|
Sinarline tək qatlı 9.5X11 (A4) 1800 vərəq/qutu |
200 qutu |
Kağız perforasiyalı
|
Paperline tək qatlı 9.5X11 (A4) 2000 vərəq/qutu |
Qeyd : Qiymətlər həm Sinerline, həm Paperline markası üzrə göndərilə bilər.
Çatdırılma müddəti mütləq qeyd olunmalıdır.
Təqdim olunan məhsulun printerin istifadəsinə uyğunluğunu yoxlanmaq üçün nümunə istənilə bilər
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8184) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 02.05.2023-cü il, saat 18:00-a qədər Tender@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Təkliflərin açılma tarixi 03.05.2023-cü il, saat 15:00 təyin edilmişdir.
Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 02.05.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.
Hörmətlə,
Tender Komissiyası