Kotirovka elanı! Dizayn və smeta xidməti.

17 Mart 2023, 00:00

“Azərikard” MMC üçün aşağıdakı xidmətləri kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

Dizayn və smeta  hazırlanması xidməti:

-        İnteriyer Dizayn

-        Hörgü planı

-        Elektrik planı

-        Mebel ölçü plan

-        Tavan planı

-        Vizual görüntü

-        Dizayna görə təmir üçün smetanın hazırlanması

      

QEYD:

  • Müvafiq iş/xidməti göstərilməsi üçün xüsusi icazə (lisenziya və ya icazə sənədi) təqdim edilməlidir.

Eyni zamanda təklif təqdim etməzdən öncə 0125052151 (daxili 8081) nömrəsi ilə əlaqə saxlayıb, inzibati sahəyə baxış keçirmək mümkündür.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 04.04.2023-cü il, saat 18:00-a qədər Tender@azericard.com  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  05.04.2023-cü il, saat 15:00 təyin edilmişdir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 04.04.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası