“VMware WorkspaceONE” mövcud lisenziyalarının müddətinin 1 illik uzadılması

07 Fevral 2023, 00:00

“Azərikard” MMC üçün aşağıdakı xidmətin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Adı

“VMware WorkspaceONE” mövcud lisenziyalarının müddətinin 1 illik uzadılması

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Texniki suallarla bağlı, 0125052151 (daxili 8183) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 14.02.2023-cü il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi - 15.02.2023-cü il, saat 15:00 təyin edilmişdir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 14.02.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Tender Komissiyası