Kotirovka elanı! Ofis və təsərrüfat malları
19 Yanvar 2023, 00:00
“Azərikard” MMC Ofis və təsərrüfat mallarının kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
LOT 1 |
Ofis dəftərxana malları |
LOT 2 |
Təsərrüfat malları |
QEYD: Çatdırılma müddəti mütləq qeyd olunmalıdır.
- Təqdim edilən məhsulların ən azı 1 il istifadə müddəti olmalı.
- Gigiyenik məhsulların uyğunluq sertifikatı olmalı.
- İnzibati binaya çatdırılma və zirzəmiyə daşınma işlərinin həyata keçirilməsi.
İddiaçılar Texniki şərtləri Narmina.Rahimova@azericard.com ünvanından əldə edə bilərlər.
Qiymət təklifləri hər iki lot üzrə birgə (lotlara bölərək) və ya ayrılıqda təqdim oluna bilər.
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8184) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 30.01.2023-cü il, saat 18:00-a qədər Tender@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Təkliflərin açılma tarixi 31.01.2023-cü il, saat 15:00 təyin edilmişdir.
Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 30.01.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.
Hörmətlə,
Tender Komissiyası