Tender elanı! İP telefoniya həlli.

06 Sentyabr 2022, 00:00

TENDERƏ DƏVƏT

Azərikard MMC aşağıda qeyd edilən məhsulun satın alınması məqsədi ilə 2 mərhələli açıq tender elan edir:

Məhsulun   adı

 

İP telefoniya həlli

 

Tenderdə iştirak etmək niyyəti ilə bağlı müraciət mail vasitəsi ilə [email protected] elektron poçt ünvanına 15.09.2022-ci il, saat 18:00-a qədər göndərilməlidir.

Məsul şəxs: Rəhimova Nərminə, telefon 012-5052151, daxili 8184,          [email protected] .

Tenderin 1-ci mərhələsi satın alınan məhsulun texniki şərtlərini müəyyənləşdirmək üçün iddiaçılar ilə məsləhətləşmə xarakteri daşıyacaqdır.

İştirak haqqı 1-ci mərhələ üçün ödənilmir.

Tender proseduru “Azərikard” MMC üçün malların/xidmətlərin/işlərin satın alınması işinin təşkili üçün daxili qaydalarına əsasən keçiriləcəkdir.

İddiaçılarla görüş 16.09.2022-ci il, saat 15:00-da ZOOM proqramı vasitəsi ilə online iclasda keçiriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi hüquqi, maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq etibarnamə və şəxsiyyət vəsiqələrini təqdim etməklə iclasda iştirak edə bilərlər -  iclas ZOOM proqramı vasitəsi ilə online keçiriləcək. İştirak edəcək nümayəndənin soyadı, adı və elektron poçt ünvanı birlikdə elektron şəkildə 15.09.2022-ci il, saat 18:00-a qədər göndərilməlidir.

 

 

 

Hörmətlə,

Tender komissiyası