Tender elanı! İBM avadanlıqlarına 1 illik texniki dəstək

21 Sentyabr 2021, 00:00

Azərikard MMC aşağıda qeyd edilən məhsulun satın alınması məqsədi ilə açıq tender elan edir:

Məhsulun   adı

İştirak haqqı

İBM avadanlıqlarına 1 illik dəstək xidməti

350 AZN (ƏDV daxil)

 

Tenderdə iştirak etmək istəyənlərə təklif edilir ki, öz tender təkliflərini şifrələnmiş elektron sənəd şəklində təqdim etsinlər (şifrə birbaşa təklif açılması zamanı şirkət tərəfindən bildirilməklə və ya iclas zamanı müvafiq elektron ünvana göndərilməklə).

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi hüquqi, maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər qeyd edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Narmina.Rahimova@azericard.com elektron ünvanından əldə edə bilərlər. (Əlaqələndirici şəxs: Rəhimova Nərminə, telefon 012-5052151, daxili 8184)

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Hesab:             AZ79IBAZ40060019449311555120

VÖEN:            1400318341

Bank:              Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri Xidməti Departamenti

Kod:                 805250

VÖEN:            9900001881

M/H:                AZ03NABZ01350100000000002944

SWIFT:            IBAZAZ2X

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tender iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən az 60 bank günü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında bank arayışı,
  7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  8. İddiaçının əvvəllər analoji təcrübələri haqqında məlumat,
  9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (Xarici iddiaçılar İngilis dilində tərtib olunmuş sənədləri və tender təklifləri təqdim edə bilərlər).

Tender proseduru “Azərikard” MMC üçün malların/xidmətlərin/işlərin satın alınması işinin təşkili üçün daxili qaydalarına əsasən keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05.10.2021-ci il, saat 18:00-a qədər, şifrələnmiş qiymət təkliflərini və bank təminatını isə 11.10.2021-ci il, saat 18:00-a qədər Tender@azericard.com  elektron ünvanına  göndərilə bilər.

Şifrələr təkliflərin açılışı zamanı iclasda iştirak edən nümayəndə tərəfindən bildirilməlidir və ya TenderKomissiyasi@azericard.com elektron ünvanına göndərilməlidir.

 

İddiaçıların təklifləri 12.10.2021-ci il, saat 16:00-da ZOOM proqramı vasitəsi ilə online iclasda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq etibarnamə və şəxsiyyət vəsiqələrini təqdim etməklə iclasda iştirak edə bilərlər - iclas ZOOM proqramı vasitəsi ilə online keçiriləcək. İştirak edəcək nümayəndənin soyadı, adı və elektron poçt ünvanı əsas sənədlərlə birlikdə elektron şəkildə təqdim edilməlidir.

 

Hörmətlə,

Tender komissiyası