KOTİROVKA ELANI. Maliyyə auditi.

14 Sentyabr 2021, 00:00

Azərikard MMC aşağıda adları qeyd edilən xidmətin satın alınması məqsədi ilə tender elan edir:

Xidmətin  adı

Müddət

 

1

2021-ci il üzrə illik maliyyə göstəriciləri üzrə maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun auditinin keçirilməsi

 

     1 illik

 

Qeyd 1: İddiaçı şirkətə tələblər:

  1. Azərbaycan Respublikasında minimum 5 il fəaliyyət göstərməli;
  2. Son 3 il ərzində Prosessinq xidməti göstərən təşkilat və / və ya bank sektorunda kənar audit fəaliyyəti göstərmiş olmalı;
  3. Audit rəyi Azərbaycan və İngilis dillərində təqdim olunmalı.

Qeyd 2: Kotirovkada iştirak etmək üçün iddiaçı şirkətə tələblər:

-“Böyük dördlük” şirkətlərinə daxil olan audit şirkətləri.

- Digər xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən audit şirkətlər üzrə minimal reytinq balı - 6.000.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8186) nömrəsi ilə əlaqə saxlaya  bilərlər. 

Texniki tələblərin əldə olunması üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 22.09.2021-ci il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

 

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  23.09.2021-ci il, 16:00-a təyin edilmişdir.

 

Hörmətlə,

Tender Komissiyası