Kotirovka elanı. Maliyyə metodologiyasının hazırlanması.
12 Avqust 2021, 00:00
Azərikard MMC aşağıda adları qeyd edilən xidmətlərin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir:
№ |
Xidmətin adı |
1 |
Qeyri maddi aktivlərin işlənib hazırlanma fazasında olan məsrəflərin kapitalizasiyası ilə bağlı metodologiyanın/istifadəçi təlimatının yaradılması |
2 |
Mövcud olan bir neçə nümunənin texniki analizi, metodologiyanın hazırlanması və maliyyə departamenti ilə birgə tətbiqi |
Tenderdə iştirak etmək üçün iddiaçı şirkətə tələblər:
-“Böyük dördlük” şirkətlərinə daxil olan audit şirkətləri reytinqdən asılı olmayaraq.
- Digər audit şirkətlər üzrə minimal reytinq balı - 7.600
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8186) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 23.08.2021-ci il, saat 18:00-a qədər Tender@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Təkliflərin açılma tarixi 24.08.2021-ci il, 15:00-a təyin edilmişdir.
Hörmətlə,
Tender Komissiyası