İstifadə qaydaları

AzəriKard Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzəriKard Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 23 banka prossesinq xidməti göstərir. AzəriKard kontaktsız bank mikroprosessor kartı vasitəsilə ictimai nəqliyyatda gediş haqqının, telefon şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələri (Kart Transfer, VISA Direct, MasterCard Money Send), bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişi, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.