Təcrübə proqramı

“AzəriKard” tələbələr üçün təcrübə proqramı elan edir


 Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” iyul ayının 1-dən etibarən gənclərə dəstək olmaq və gələcək üçün şirkətə ixtisaslı kadrlar hazırlamaq məqsədi ilə yay təcrübə proqramı elan edir.

Bakalavr pilləsinin sonuncu kurs və magistr pilləsinin tələbələrinin qatıla biləcəyi təcrübə proqramı İnformasiya texnologiyaları, İT təhlükəsizlik, Marketinq, Əməliyyat, İnsan resursları və digər ixtisaslar üzrə keçiriləcək.

Təcrübə proqramına qoşulmaq istəyən tələbələr “AzərKard”-ın rəsmi saytında “Təcrübə proqramı” bölməsinə keçid edə və sorğu anketini doldura bilərlər. Anketi doldurduqdan sonra mövzu bölməsində təcrübə proqramını və hansı ixtisas üzrə təcrübə keçmək istədiklərini qeyd edərək hr@azericard.com ünvanına göndərmək lazımdır.

“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

Anketi doldurmaq üçün aşağıda qeyd olunan linkə daxil olun:

Anketi yüklə