Online Ödəmə

ANİ KART

3-D ŞİFRƏSİNİ ƏLDƏ ET

INTERNET BANKING

YENİ XİDMƏTLƏR

HOP

SUALLAR / CAVABLAR


















Ad, Soyad: m Xayal
Elektron poçt: dollarandmanat@yahoo.com
Sual: Internet bankinq xidmetine banka getmeden nece qosula bilerem?
Cavab: İnternet Bankinq xidmətindən istifadə etmək üçün, Sizin Bankınız həmin xidməti dəstəkləməlidir. Əgər Bank xidməti dəstəkləyirsə, onda Siz Banka müraciət etmədən, ATM (bankomat) vasitəsi ilə xidmətə qoşula bilərsiniz. Bunun üçün kartınızı bankomata daxil edib, müvafiq menyunu seçib, İnternet Banking üçün birdəfəlik parollar siyahısını çap etməlisiniz. https://www.hbservice.com/bankınız saytına daxil olaraq, siyahıda olan parolların birindən istifadə edərək qeydiyyatdan keçməlisiniz. Bundan sonra İnternet Banking istifadəsinə başlaya bilərsininz. Qeyd etmək istəyirik ki, hər bir əməliyyat aparıldıqda sistem siyahıda olan parolların birindən istifadə etməyə Siadə istəyəcək. Siyahıda bütün parollardan istifadə etdikdən sonra,bankomat vasitəsi ilə yeni siyahını çap etməyə kifayyətdir. Siyahı itirildiyi, oğurlandığı və ya zədələndiyi halda yeni siyahını bankomat vasitəsi ilə çap etməklə köhnəni deaktivasiya edirsininz.


Ad, Soyad: Yusifov Vasif
Elektron poçt: Y.Vasif@mail.Ru
Sual: Salam,Azericard vastesiyle bankomatdan mobil nomrelere odenis etdikde hesabdan neqeder xidmet haqqi tutulur?
Cavab: Hörmətli Vasif müəllim, AzəriKard sisteminə daxil olan bankların bankomatlarından mobil nomrələrə odəniş etdikdə kart sahibindən heç bir xidmət haqqı tutulmur. Sualınıza görə təşəkkür edirik.


Ad, Soyad: Səfiyev Ramil
Elektron poçt: ramil_safiev@azbentonit.az
Sual: Salam! məni daha çox belə bir sual maraqlandırır və budu yuxarıda qeyd olunan suallardan daha diqqət çəkən məsələdir. Azericard əməkdaşlıq etdiyi bankın müştərilərinin elektron odənişlərini nə dərəcədə sığortalayır? onlayn ödəmələr zamanı istənilən şəxsin kartı vasitəsilə komunal xərcləri odəmək olar,kartın məxfi şifrəsinin sormamaq nə dərəcədə düzgündür? mence hər bir şəxsin mexfi kodu onun vəsaitinin qisməndə olsa siğortasi deməkdir və bunu odəmələr zamanı nəzərə almaq olarmı?
Cavab: Salam, Müraciətinizə görə çox təşəkkür edirik. "AzeriCard" elektron ödənişlərdə 3D Secure təhlükəsizlik sistemindən istifadə edir. 3D Secure xidməti vasitəsilə kartlarınızı internetdə xüsusi şifrə ilə qoruya bilərsiniz. Sadəcə olaraq, sizin bankınız bu xidməti dəstəkləməlidir (məsələn Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika, AGBank və s.). Verified by VISA və MasterCard Secure Code loqolarını gördüyünüz internet mağazalarda 3D Secure şifrənizlə ödəmə apara biləcəksiniz. Təhlükəsizlik təkcə bank və "AzeriCard"dan yox, həmçinin sizin özünüzdən də asılıdır. Belə ki, kartınızı və ya kart məlumatlarınızı özünüzdən başqa heç kimin bilməməsinə diqqət yetirməlisiniz. Oğurlanma və ya itirilmə hallarında dərhal bankınıza və ya "AzeriCard"a bildirməyiniz məsləhət görülür.


Ad, Soyad: Nuri Elshad
Elektron poçt: elshadnur@gmail.com
Sual: Salam men www.apus.az internet saytında oz komunal xidmetlerimi odemek istedim lakin orada MILLICARD formasi cixir ve shifre teleb edir oz kartimla emeliyyati nece azericardla ede bilerem NAR Mobiledaki kimi
Cavab: Salam Elşad bəy, Sualınıza görə təşəkkür edirik. www.apus.az internet saytında AzeriCard vasitəsi ilə kommunal xidmətlərin ödənişi aparmaq üçün, bank kartınız AzeriCard sisteminə daxil olan bankların birinə məxsus olmalıdır.


Ad, Soyad: Mushfig Mushfig
Elektron poçt: mushfig69@box.az
Sual: bu sayt vasitesile kart balansini oyrenmek mumkundurmu?
Cavab: Hörmətli Müşfiq müəllim, sualınıza görə çox sağ olun. Bu sayt vasitəsi ilə kart balansını öyrənmək heç cür mümkün deyil. Lakin, AzəriKard şirkəti Sizə "Internet Banking" və “MobilBank” xidmətlərindən istifadə etməyi təklif edir. Bu xidmətlər, vaxtınıza qənaət edərək, Sizə, evinizdən və ya ofisinizdən çıxmadan öz kart və ya cari hesabınızı idarə etmək imkanı verəcəkdir. Daha ətraflı https://azericard.com/az/services/ internet sahifəsində tanış ola bilərsiniz.


1 2 3 4



Sorğu

Kommunal ödənişlərinizi necə ödəyirsiniz?