“Azərikard” MMC Sığorta xidmətlərin satın alınması ilə bağlı açıq tender.

Tender 1 lot üzrə keçirilir.
Lot 1 – Maliyyə risklərin, İT avadanlıqların sığortalanması və könüllü tibbi sığorta xidmətlərin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı- 200 manat 

VÖEN:1400318341
Bank: Azərbaycan Beynalxalq Bankı ASC
„Müştəri Xidməti Departamenti”
Kod:805250
m/h:AZ03NABZ01350100000000002944
VOEN: 9900001881
SWIFT:IBAZAZ2X
h/h: AZ79IBAZ40060019449311555120 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül-bül prospekti, 54 nömrəli ünvandan (əlaqələndirici şəxs:, Azər Qarayev  (012 505 21 51 (8064)) əldə edə bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (12 dekabr 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 29 yanvar 2018-ci il tarixədək) qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən  azı 30 bank günü çox olmalıdır (yəni ən azı 13 mart 2019-ci il tarixədək qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 noyabr 2018-ci il saat 18.00-a  qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 11 dekabr 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Bül-bül prospekti, 54 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12 dekabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Bül-bül prospekti, 54 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.