Sənəd dövriyyəsi üzrə proqram təminatı

30 Mart 2020, 00:00

KOTİROVKA ELANI

“Azərikard” MMC üçün Sənəd dövriyyəsi üzrə proqram təminatının kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir. Tələblər aşağıdakılardır:

  1. Qəbul edilmiş ən az sənəd dövriyyəsi tələblərini icra edilməsi,
  2. Qəliz prosedurların, o cümlədən satınalma prosedurlarının avtomatlaşdırılması,
  3. Əmrlərin və qərarların bəndlərinə görə tapşırıqların formalaşdırılması,
  4. Öncədən müəyyən edilmiş şərtlər əsasında müqavilələrin formalaşdırılması,
  5. Tələb üzərinə öncədən müəyyən edilmiş formatda sənədlərin (əmr, qərar, müqavilə və sair) çap edilməsi,
  6. Daxili (həmçinin bir qism şəxslərdə gücləndirilmiş) elektron imza,
  7. Qanunvericiliyə uyğun arxiv işinin təşkili, sənədərin saxlanma qaydalarının və müddətlərinin seçilməsi,
  8. Əmr və qərarların, həmçinin digər tapşırıqların icrasına nəzarət,
  9. İşçinin tapşırıqlar əsasında iş yükünün ölçülməsi,
  10. İşin icrasına görə qiymətləndirmə (KPİ),
  11. Digər daxili proqramlarla (HR, Müştəri xidmətləri, Mühasibatlıq və sair) inteqrasiyanın təmin edilməsi (qiymət bir bağlantı üzrə göstərilməlidir),
  12. Proqramın quraşdırılması, test edilməsi, əməkdaşların təlimi, ən az 6 ay ərzində pulsuz dəstək, istənilən dövrdə istehsalçı səbəbindən baş verəcək istənilən nasazlıqların öz hesabına aradan qaldırılması.
  13. Hesabatlılıq.

 

Maraqlı təşkilatlar 0125052151 (daxili 8041) nömrəsi ilə  əlaqə saxlaya və tələblərlə tanış ola bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 13.04.2020-ci il, saat 18:00-a qədər Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanında qəbul olunur.

Zərflərin Açılma tarixi  14.04.2020-ci il, saat 15:00 təyin edilmişdir.

Hörmətlə,

Tender komissiyası