İnternet Bankinq

İnternet Bankinq
“İnternet Bankinq” xidməti vaxtınıza qənaət edərək Sizə evinizi və ya ofisinizi tərk etmədən öz kartınızı və ya cari hesabınızı idarə etmək imkanı verir. Yeni interfeys və proqramın asanlaşdırılmış iş sxemi istifadəçilər üçün hesabların idarə edilməsi imkanlarını genişləndirir.
 
“İnternet Bankinq” sistemi vasitəsilə Siz real vaxt rejimində günün 24 saatı ərzində öz kartınızı və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:
• kartlara dair ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın hesabında və ya cari hesabınızda mövcud olan vəsaitin məbləği) əldə edilməsi
• kommunal xidmətlərin ödənişi
• mobil rabitə ödənişləri
• “Kart Transfer” xidməti vasitəsilə bir kartdan digərinə pul vəsaitlərinin köçürülməsi
• İnternet xidmətinin ödənişi
• stasionar rabitə haqlarının ödənişi
• rekurrent (təkrarlanan) ödənişlər. Ödənişi yaratmaq üçün müştəri tələb olunan məlumatları daxil etdikdən sonra ödənişin dövriliyini seçir. Bundan sonra sistem müştərinin daxil etdiyi və seçdiyi məlumatlara əsasən avtomatik olaraq ödənişi həyata keçirir.
• ödəniş şablonları. Ödəniş şablonunu yaratmaq üçün müştəri tərəfindən lazımi məlumatlar sistemə daxil edilir və yadda saxlanılır. Növbəti dəfə həmin ödəniş üzrə təkrarlanan əməliyyatların aparılması üçün məlumatların daxil edilməsinə ehtiyac qalmır.
     
“İnternet Bankinq” sistemi nə dərəcədə təhlükəsizdir?
“İnternet Bankinq” sistemi yüksək səviyyədə müdafiə olunur:
• sistem üzərindən ötürülən bütün məlumatlar şifrələnir
• istifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir
• yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik şifrələrdən istifadə olunur