Məlumat mərkəzi

Məlumat mərkəzi

Azərikard Müştəri Xidmətləri həftənin 7 günü 24 saat fəalliyyətdədir. Öz kartınızın hesabını öyrənmək, son uğurlu və uğursuz əməliyyatları yoxlamaq, hesabınıza daxil olan vəsaitləri bilmək, itirildiyi və ya oğurlandığı təqdirdə kartın bağlanması və karta aid olan digər suallar üçün bizim telefonlarımıza zəng vura bilərsiniz:

 Pensiya kartlarına aid olan suallar üçün – 194 qısa nömrəsi. İndi həmin nömrə mobil telefon istifadəçilərin və Bakı şəhərindən kənarda yaşayan təqaüdçülərin xidmətinə verilmişdir. Bakıda yaşayan pensiya kartlarının sahibləri şəhər stasionar telefonlarından müştərilərə xidmət mərkəzinə müraciət edə bilər (zəng ödənişsizdir). “Azercell” və “Nar” mobil operatorlarının nömrələrindən birbaşa 194 nömrəsinə, Azərbaycanın digər şəhər və rayonlarından, eləcə də “Bakcell” mobil operatorunun şəbəkəsindən isə 012 194 nömrəsinə zəng edərək müraciət oluna bilər. Mobil telefonlardan və Bakıdan kənarda olan stasionar telefonlardan 194 və 012 194 nömrələrinə zənglər ödənişlidir. 

Digər kartlara aid olan suallar üçün – 5984697 və 5984376 (şəhər telefonu)