SMS Xəbərdarlıq

SMS Xəbərdarlıq

“SMS Xəbərdarlıq” xidməti, kart sahibini kartı ilə aparılan bütün əməliyyatlar haqda SMS ismarıclarla məlumatlandırılmasını nəzərdə tutur.

Xidmətin üstünlükləri aşağıdakılardır:

  • İstənilən yerli və ya xarici mobil operator şəbəkəsinə aid olan mobil nömrənin qoşulması,
  • Kartla aparılan bütün əməliyyatlar haqqında məlumatlanma,
  • Məlumatların real vaxt rejimində alınması,

Xidmətə qoşulma:

  • Qoşulmanı bankomatdan «SMS Xəbərdarlıq» menyusu vasitəsi ilə həyata keçirilir,
  • Kart sahibi istənilən nömrəni öz kartına bağlaya bilər,

Xidmətin istifadəçilərinə təqdim olunan imkanlar bunlardır:

  • əməliyyatlara dair SMS ismarıclar,
  • onlayn əməliyyatların təhlükəsizliyinin dəfəlik SMS kodla təmin olunması,
  • kartın istifadə müddətinin bitməsi haqda məlumatlanma.

Qeyd:

Xidmətə qoşulduqdan sonra mobil telefona SMS ismarıc göndərilir. Müştəri ismarıcı almadıqda “Azərikard” Məlumat Mərkəzinə müraciət etməlidir.

Kartda xidmətin ləğv edilməsi üçün kart sahibi bank filiallarına müraciət etməlidir.