Vacib Məlumat!

Vacib Məlumat!

08 May 2024, 00:00

“Azərikard” Prosessinq Mərkəzinə istinadən pravda.az, oxu.az, minval.az və digər müxtəlif mənbə və saytlarda 8 may 2024-cü il tarixində, Prosessinq Mərkəzində yaranan çətinliklər ilə əlaqədar yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Azərikard” Prosessinq Mərkəzinin bütün xidmətləri tam olaraq fəaliyyət göstərir və gün ərzində heç bir texniki çətinliklər müşahidə edilməmişdir.
Ən son yeniliklər və xəbərlərlə bağlı operativ şəkildə məlumat almaq üçün rəsmi veb-saytımızı və sosial şəbəkələrdəki səhifələrimizi izləyin!