“Caspian Business Award 2022” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Caspian Business Award 2022” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

26 Dekabr 2022, 00:00

Dekabrın 21-də “Caspian Business Award 2022” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-ın üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.

“Azərikard” MMC “Tezödə” layihəsinin uğurlu tətbiqinə görə bu tədbirdə mükafata layiq görülüb. Mükafat “Azərikard” MMC-nin Baş biznes inzibatçısı Zakir Əhmədova təqdim olunub.

Azərikard şirkətinin missiyası innovativ ödəniş şirkəti olaraq müştərilərinə və tərəfdaşlarına sərhədsiz texnoloji imkanlar yaratmaqdır.