Azərikard və İdrak arasında əməkdaşlıq sazişi imzalanıb.

Azərikard və İdrak arasında əməkdaşlıq sazişi imzalanıb.

22 Dekabr 2020, 00:00

Azərikard və İdrak Texnoloji Transfer şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
Əməkdaşlığın əsasını rəqəmsal-texnoloji həllər üzrə alyans yaradılması təşkil edir.
Şəxs tanıma və ödəniş prosesinin avtomatlaşması və sürətlənməsi üzrə vahid həllər hazırlayıb dövlət və özəl təşkilatlarda tətbiq edilməsi isə sazişin prioritet vəzifələrindəndir.
Bunlarla yanaşı, yanacaq doldurma məntəqələri, dayanacaqlar, fərdi həyətlər, ödənişli yollar, Dövlət-Vətəndaş münasibətlərinin idarə edilməsi barədə həllərin hazırlanması da nəzərdə tutulur.  
“İnanırıq ki, Azərikard və İdrak arasında əməkdaşlıq təkmilləşən rəqəmli texnologiyanın tətbiqi ilə istifadəçilərin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək texnoloji infrastruktura töhfə verəcək, ölkədə korporativ və fərdi şəxslərin ehtiyaclarının həllinin inkişafına dəstək olacaq və ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək” deyə Azərikard MMC-nin baş direktoru Fərid Quliyev bildirib.  
“Ümidvaram ki, hər iki şirkətin kompetensiyalarının icra edəcəyimiz birgə layihələrdə birləşməsi yeni və innovativ həllərin yaranmasına və cəmiyyətimizə yararlı sosial innovasiyaların üzə çıxmasına gətirib çıxaracaqdır” deyə İdrak şirkətinin Prezidenti cənab Hikmət Abdullayev bildirib.
Sazişə qoşulmaq istəyən təşkilatlar öz niyyətlərini info@azericard.com  ünvanına müraciət etməklə bildirə bilərlər.
İdrak Texnoloji Transfer şirkətinin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir.
Azərikard şirkətinin əsas fəaliyyəti kart texnologiyaları və ödəniş sistemləri sahəsində əməliyyatların işlənməsi və bu sahələrdə ən son yeniliklərin tətbiq edilməsidir.