Azərikard NFC xidmətini təqdim edir!

Azərikard NFC xidmətini təqdim edir!

09 İyul 2020, 00:00

Bank Respublika, NFC  (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb. Artıq bankın müştəriləri alış-veriş zamanı ödənişləri sadəcə smartfonları vasitəsilə həyata keçirə biləcəklər. Bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı VISA kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu dərhal POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir.Bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər. Xüsusən vurğulamaq lazımdır ki, Bank Respublikanın “Mobil Şöbə”istifadəçiləri NFC ödənişlərini İnternetə qoşulma olmadan belə rahat şəkildə  etmək imkanını qazanacaqlar.Qeyd etmək lazımdır ki, NFC ödənişləri hələlik yalnız Android platformasında çalışan smartfonlar vasitəsilə həyata keçirmək mümkündür.  (Android 4.4 və daha yuxarı əməliyyat sistemi versiyaları)