“Azərikard”-ın rəhbərliyi tərəfindən “VTS” layihəsi üzrə əməkdaşlara   təşəkkürnamələr verildi.

“Azərikard”-ın rəhbərliyi tərəfindən “VTS” layihəsi üzrə əməkdaşlara   təşəkkürnamələr verildi.

10 Oktyabr 2019, 00:00

 

 Azərbaycanın ilk və ən böyük prosesinq mərkəzi olan “Azərikard”-ın Baş direktoru Fərid Quliyev tərəfindən, ilk dəfə sistem əhəmiyyətli VTS (Visa Token Service) layihəsinin qısa zaman ərzində tətbiq edilməsində mühüm xidmətlərinə görə şirkətin bir sıra əməkdaşlarına təşəkkürnamələr təqdim olundu.
Prosesinq mərkəzi tərəfindən vətəndaşlara təklif olunan növbəti yenilik “NFC” texnologiyası vasitəsilə ödəniş imkanıdır.
Qeyd edək ki, “NFC pay” ödəniş texnologiyası ölkəmizdə ilk dəfə olaraq “Azərikard” prosesinq mərkəzi tərəfindən tətbiq olunur və bu texnologiyanı ilk tətbiq edən təşkilat Azərbaycan Beynəlxalq Bankı olmuşdur. Belə ki, ilkin etaplarda bu yalnız “İBA pay” (yalnız android mühitində) tətbiqində mümkündür və yaxın aylar ərzində “Azərikard”-ın digər tərəfdaş Banklarının mobil tətbiqlərində də mümkün olacaqdır.
"Azərikard" Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosesinq mərkəzidir. Hal-hazırda “Azərikard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 21 banka prosesinq xidməti göstərir.